“Çempionlar Liqasında uğurlu olacaq bir komanda qoyub gedirəm” – Alleqri

İtaliya A Seriyasının son turunda səfərdə “Sampdoriya”ya 0:2 hesabı ilə məğlub olan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”nın baş məşqçisi kimi son oyununu keçirən 51 yaşlı mütəxəssis, növbəti mövsüm üçün uğurlu ola biləcək heyət yaratdığını deyib:

“Özümü yaxşı hiss edirəm, çünki növbəti mövsüm A Seriyasını qazanmaq şansı 80 faiz olan və Çempionlar Liqasında uğurlu olacaq bir komanda qoyub gedirəm. Klubdakı idarəçilərə, həkimlərə, heyətə və bizə bağlı olan bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Bundan başqa, möhtəşəm futbolçularla çalışmağımı təmin edən hər kəsə minnətdaram”.

Gələcək karyerası ilə bağlı danışan italiyalı mütəxəssis, rəsmi təklif almadığını deyib:

“Bir fürsət olsa, çalışmağa davam edəcəm. Əks halda, bir mövsüm istirahət edəcəm. Hazırda rəsmi təklif almamışam”.

Alleqri 2014-cü ildən “Yuventus”u çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button