Çempionlar Liqasında son mövsümün rəmzi komandası – FOTO

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətə “Real”dan və “Liverpul”dan hərəyə 4, “Mançester Siti”dən, “Çelsi”dən və PSJ-dən 1 futbolçu düşüb.

Mövsümün futbolçusu adına isə “Real”dan Kərim Benzema layiq görülüb.

Qapıçı: Tibo Kurtua (“Real”, İspaniya);

Müdafiəçilər: Endryu Robertson, Trent Aleksander-Arnold, Vircil van Dayk (hamısı “Liverpul”, İngiltərə), Antonio Rüdiger (“Çelsi”, İngiltərə);

Yarımmüdafiəçilər: Fabinyo (“Liverpul”), Luka Modriç (“Real”), Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kərim Benzema Vinisius Junior (hər ikisi “Real”)

“Real” final matçında “Liverpul”u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button