
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri
UEFA Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri məlum olub.
Komanda.az xəbər verir ki, PSJ-dən Kilian Mbappe və “Liverpul”dan Məhəmməd Salah hərəyə 7 qolla ilk sıralarda qərarlaşıblar.
“Mançester Siti”dən Erlinq Haland, “Barselona”dan Robert Levandovski və “Portu”dan Mehdi Taremi 5 qolla yadda qalıblar.
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü noyabrın 7-də atılacaq. Bu mərhələnin ilk oyunları 14, 15, 21 və 22 fevralda, cavab qarşılaşmaları isə 7, 8, 14 və 15 martda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin