“Çempionlar Liqasında qalib gələcəyimizə ümid edirik” – Keyn
“Bayern”in hücumçusu Harri Keyn komandasını Çempionlar Liqasının qalibi olmaq üçün favorit hesab edir.
Komanda.az “Mail Sport-a istinadən xəbər verir ki, ingilis futbolçu ÇL-də çıxış etməyin fərqli olduğunu bildirib:
“Hələ Çempionlar Liqasında oynamağa başlamamışıq, amma qalib gələcəyimizə ümid edirik. Bu, fərqli bir təzyiq səviyyəsidir və hiss edirəm ki, bu, daha yüksək səviyyədə çıxış etməyimə kömək edəcək. Məndə elə bir hiss var idi ki, İngiltərə klubuna qarşı oynayacağıq”.
Keyn yay transfer pəncərəsində 100 milyon avroya “Tottenhem”dən “Bayern”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 4 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Çempionlar Liqasının 2023/24 mövsümünün qrup mərhələsinin püşkatmasının nəticələrinə əsasən, “Bayern” “Mançester Yunayted”, “Kopenhagen” və “Qalatasaray”la birlikdə A qrupunda yer alıb.
Bizi Facebook-da izləyin