“Bu olmasa, bu gün də, sabah da “Qalatasaray” üçün çətin olacaq” – Terim

Çempionlar Liqasında PSJ-yə məğlub olan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim fikirlərini bildirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Terim, 0:5 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Bizim üçün pis vida oldu. Bəzən belə vidalardan yaxşı hekayələr çıxır. Rəqib bizdən yaxşıdır, bunu qəbul etməliyik. İtkilərimiz çox idi, sadəcə 30-35 dəqiqə dözə bildik. Həmin dəqiqələrə qədər təhlükəli epizodlarımız da oldu, ancaq bu, nəyisə dəyişmədi. Biz həyatımızın ən pis oyununu sərgiləyirik. Bunu da dürüstcə demək lazımdır.

Aylar əvvəl mənə “yaxşı adlar gətirmisiz” deyəndə, “cisimləri də yaxşı olsun” deyə,cavab vermişdik. Qarşıda 4 oyunumuz var və sonra fasilədir. Bəzi şeyləri dəyişməliyik. Bu olmasa, bu gün də, sabah da “Qalatasaray” üçün çətin olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button