ÇL: “Trabzonspor” və Mahirli “Dinamo” ilk oyunda məğlub oldu

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçdə “Bodo Qlimt”in qonağı olub. Xorvatiya çempionu bu matçda minimal hesabla məğlub olub. Azərbaycanlı futbolçu 69-cu dəqiqədə meydana buraxılsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç trabzonluların məğlubiyyəti ilə bitib.

Daha bir qarşılaşma isə Şotlandiya “Reyncers”i ilə Niderlandın PSV komandası arasında baş tutub. Dörd qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib.

Pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları

16 avqust

Bodo Qlimt (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:0
Qol: Pelleqrino, 37.

Kopenhagen (Danimarka) – Trabzonspor (Türkiyə) 2:1
Qol: Klaesson, 9. Lerager, 48 – Bakasetas, 79.

Reyncers (Şotlandiya) – PSV (Niderland) 2:2
Qol: A.Çolak, 40. Lourense, 70 – Sanqare, 37. Obispo, 78.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button