“Çox xoşbəxtəm” – Kvaratsxeliya
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Ayaks”la görüşündə komandasının qələbəsindən (6:1) danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gürcü futbolçu bu sözləri deyib:
“Mənə elə gəlir ki, arzularım gerçəkləşir. Çünki Çempionlar Liqasında çıxış edirəm və qol vururam. Çox xoşbəxtəm, amma komandanın qalib gəlməsi mənim üçün daha vacibdir. “Ayaks” çox yaxşı oynamadı, amma ümumilikdə yaxşı oyunçuların toplaşdığı güclü komandadır. Onlar mübarizəni davam etdirməlidirlər və hamısına uğurlar arzulayıram”.
Xviça əvvəllər Azərbaycan millisində forma geyinmiş Badri Kvaratsxeliyanın oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin