Çempionlar Liqasında oynamaq istəyir – Klubunu dəyişəcək
“Nyukasl” yarımmüdafiəçisi Bruno Gimarayeşi itirmək istəmir.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, rəhbərliyin istəyinə baxmayaraq, braziliyalı futbolçunu komandada saxlamaq çətin olacaq. Gimarayeş gələn mövsüm Çempionlar Liqasında oynamaq istəyir, “Nyukasl” isə onun bu arzusunu təmin edə bilməz. İngiltərə klubu 90 milyon avroluq təklifləri nəzərdən keçirmək məcburiyyətində qalacaq.
“Mançester Siti” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. Yarımmüdafiəçini “Arsenal” klubu da fəal şəkildə izləyir. Bununla belə, “topçular” braziliyalı futbolçu üçün böyük məbləğdə pul ödəmək niyyətində deyillər.
Gimarayeş bu mövsüm İngiltərə çempionatında 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin