
Qvardiola: “Qarşıda yeddi oyun qalıb, onların hər biri finaldır”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, komandası UEFA Çempionlar Liqasının cari mövsümündə Avropanın aparıcı klubları ilə rəqabət aparmağa hazır deyil.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “Kristal Pelas”la bu gün keçiriləcək Premyer Liqa matçından əvvəl bunları deyib:
“Çempionlar Liqasında oynamaq istərdim, ancaq bu mövsüm Avropanın futbol elitası ilə rəqabət aparmaqdan hələ çox uzaqdayıq. Hazırkı reallığımız: tam həftələrdə hazırlıq, istirahət, yaxşı məşq. Hər oyun finaldır. Bu o qədər də çətin deyil. Qarşıda yeddi oyun qalıb, onların hər biri finaldır”.
“Mançester Siti” bu mövsüm Çempionlar Liqasında “Real”a uduzaraq, pley-off mərhələsində mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



