Çempionlar Liqasında mövsümün rəmzi komandası
Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün rəmzi komandası açıqlanıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.
Qapıçılar: Manuel Noyer (“Bavariya”, Almaniya), Yan Oblak (“Atletiko”, İspaniya), Antoni Lopes (“Olimpik”, Lion, Fransa);
Müdafiəçilər: Alfonso Deyvis, David Alaba, Yozua Kimmix (hamısı “Bavariya”), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Dayo Upamekano, Anhelinyo (hər ikisi “Leyptsiq”, Almaniya);
Yarımmüdafiəçilər: Tyaqo Alkantara, Leon Qoretska, Tomas Müller (hamısı “Bavariya”), Ussem Auar (“Olimpik”, Lion), Kevin De Breyne (“Mançester Siti”, İngiltərə), Markinyos (PSJ, Fransa), Marsel Zabitser (“Leyptsiq”), Alexandro Qomes (“Atalanta”, İtaliya);
Hücumçular: Serj Qnabri, Robert Levandovski (hər ikisi “Bavariya”), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi (“Barselona”, İspaniya), Rahim Sterlinq (“Mançester Siti”).
Qeyd edək ki, finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edən “Bavariya” Çempionlar Liqasının qalibi olub.
Bizi Facebook-da izləyin