“Mançester Siti” – “Çelsi” matçının ən yaxşısı

Çempionlar Liqasında İngiltərənin “Çelsi” və “Mançester Siti” komandaları arasında keçirilən final matçının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantedir. Fransalı futbolçu həlledici matçda həm hücumda, həm də müdafiədə uğurlu oyun sərgiləyib.

Kante Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la (İspaniya) hər iki oyununun da ən yaxşısı seçilmişdi.

“Çelsi” “Mançester Siti”ni 1:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button