Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya “Vilyarreal”ının qapıçısı Xeronimo Rulyi layiq görülüb.

30 yaşlı argentinalı qolkiper İtaliyada “Yuventus”a 3:0 hesabı ilə qalib gəldikləri oyunda 5 seyvlə yadda qalıb. Onun komandası isə bu darmadağın sayəsində 1/4 finala yüksəlib. İspaniyadakı ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı – 1:1.

Xatırladaq ki, ÇL-də həftənin ən yaxşısı adına Darvin Nunyes (“Benfika”, Portuqaliya), Koke (“Atletiko”, Madrid, İspaniya) və Kristian Pulişiç (“Çelsi”, İngiltərə) də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button