ÇL: Norveç, İsrail və Serbiya çempionlarından darmadağın

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oynlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, son oyun günündə də 5 qarşılaşma keçirilib.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu “Qarabağ” Macarıstan “Ferentsvaroş”unu, Norveçin “Bodo Qlimt” komandası Litva “Jalgiris”ni sınağa çəkib. Bakıda heç-heçə qeydə alınıb. Norveç çempionu isə rəqibini 5 cavabsız qolla yenib.

Bundan başqa, Hayfa “Makkabi”si İsraildə Kipr “Apollon”unu darmadağın edib. Kiyev “Dinamo”su Polşada Avstriyanın “Şturm” klubunu 1 qolla üstələyibsə, “Srvena Zvezda” Serbiyada Ermənistan “Pünik”ini 5 cavabsız qolla yenib.

Bu mərhələnin cavab oyunları avqustun 9-da keçiriləcək

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
İlk oyunlar

3 avqust

Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan) 1:1

Bodo Qlimt (Norveç) – Jalgiris (Litva) 5:0

Makkabi (Hayfa, İsrail) – Apollon (Kipr) 4:0

Dinamo (Kiyev, Ukrayna) – Şturm (Avstriya) 1:0

Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan) 5:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button