“Çox əsəbiyik, hakim oyunu məhv etdi”
Çempionlar Liqasında “Çelsi” ilə 4:4 hesablı heç-heçə edən “Ayaks”ın futbolçusu Duşan Tadiç açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, serbiyalı hücumçu, qarşılaşmanın baş hakimi Canluka Rokkini tənqid edib:
“Çox əsəbiyik, hakim oyunu məhv etdi. Hər şey bizim idarəçiliyimizdə idi. Sadəcə, bir epziodda iki qırmızı vərəqə gördük. Heç vaxt belə bir şey yaşamamışdım, inana bilmirəm.
Qırmızı vərəqələrdən sonra tamam fərqli oyun oldu. 9 nəfərlə mübarizə aparmaq asan deyildi. Özümüzlə qürur duyuruq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin