“Şerif”lə “Malmö” ÇL-də mərhələ adladı

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Polşanın “Lex” klubunu qəbul edib. “Köhlən atlar” səfərdəki qarşılaşmada rəqibinə 0:1 hesabı ilə uduzsa da, doğma meydanda darmadağınla qalib gələrək mərhələ adlayıb.

İsveç “Malmö”sü İslandiyada “Vikinqur”la üz-üzə gəlib. Qonaqlar beş qolun qeydə alındığı ilk matçda qələbə qazanmışdılar. Cavab matçı da məhsuldar alınıb. Lakin bu dəfə heç-heçə qeydə alınıb. Bu üzdən də “Malmö” mərhələ adlayan tərəf olub.

Bolqarıstan “Ludoqorets”i isə Monteneqroda “Sutyeska”nın qonağı olub. Bolqarıstan çempionu ilk görüşdə iki top fərqi ilə qalib gəlmişdisə, bu dəfə tək qolla sevinib və mərhələ adlayıb.

Bu komandalarla yanaşı, HJK, “Jalgiris”, “Şkupi”, “Şerif”, “Düdelanj” və “Şemrok Rovers” də növbəti mərhələyə yüksəlməyi bacarıb.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları


12 iyul

RFS (Latviya) – HJK (Finlandiya) 2:1 (penaltilər 4:5)
İlk oyun – 0:1

Jalgiris (Litva) – Ballkani (Kosovo) 1:0
İlk oyun – 1:1

Qarabağ (Azərbaycan) – Lex (Polşa) 5:1
İlk oyun – 0:1

Linkoln (Cəbəllütariq) – Şkupi (Şimali Makedoniya) 2:0
İlk oyun – 0:3

Şerif (Moldova) – Zrinski (Bosniya və Herseqovina) 1:0
İlk oyun – 0:0

Tirana (Albaniya) – Düdelanj (Lüksemburq) 1:2
İlk oyun – 0:1

Hibernians (Malta) – Şemrok Rovers (İrlandiya) 0:0
İlk oyun – 0:3

Sutyeska (Monteneqro) – Ludoqorets (Bolqarıstan) 0:1
İlk oyun – 0:2

Vikinqur (İslandiya) – Malmö (İsveç) 3:3
İlk oyun – 2:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button