
Çempionlar Liqasında bu gün 9 oyun keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində 3-cü tura start veriləcək.
Komanda.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.
“Arsenal” evdə “Atletiko”nu, “Barselona” isə “Olimpiakos”u qəbul edəcək. “Qarabağ”ın rəqiblərindən “Napoli” səfərdə PSV-nin qonağı olacaq. PSJ Almaniyada “Bayer”lə, “Mançester Siti” isə İspaniyada “Vilyarreal”la üz-üzə gələcək.
Çempionlar Liqası, 3-cü tur
21 oktyabr
20:45. “Barselona” (İspaniya) – “Olimpiakos” (Yunanıstan)
20:45. “Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr)
23:00. “Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya)
23:00. “Bayer” (Almaniya) – PSJ (Fransa)
23:00. “Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
23:00. PSV (Niderland) – “Napoli” (İtaliya)
23:00. “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Yunion” (Belçika) – “İnter” (İtaliya)
23:00. “Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya)
Bizi Facebook-da izləyin



