ÇL-in 1-ci təsnifat mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

“Ferentsvaroş” Macarıstanda Qazaxıstan “Tobol”unu qəbul edib. Komandalar arasındakı ilk görüşdə hesab açılmamışdısa, bu dəfə macarlar darmadağına imza atıblar.

“Dinamo” (Batumi) klubu Gürcüstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivi ilə üz-üzə gəlib. Bratislavadakı ilk qarşılaşmada da qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə isə qonaqlar qalib gəliblər.

Beləliklə, son günün nəticələrindən sonra “Slovan”, “Bodo Qlimt”, “Maribor”, “Ferentsvaroş”, “Pünik” və “Linfild” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları


13 iyul

Dinamo (Batumi, Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 1:2
İlk oyun – 0:0

Klaksvik (Farer adaları) – Bodo Qlimt (Norveç) 3:1
İlk oyun – 0:3

Şaxtyor (Soliqorsk, Belarus) – Maribor (Sloveniya) 0:2
İlk oyun – 0:0

Ferentsvaroş (Macarıstan) – Tobol (Qazaxıstan) 5:1
İlk oyun – 0:0

ÇFR (Rumıniya) – Pünik (Ermənistan) 2:2 (penaltilər 3:4)
İlk oyun – 0:0

Linfild (Şimali İrlandiya) – TNS (Uels) 2:0
İlk oyun – 0:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button