Çempionlar Liqasında 100-cü oyununa çıxdı
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu “Real”ın müdafiəçisi Marselo üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, Donetsk “Şaxtyor”u ilə səfər matçı braziliyalının yubiley görüşü kimi yadda qalıb.
2007-ci ildən “kral klubu”nun şərəfini qoruyan 33 yaşlı sol cinah müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Bu müddətdə o, aktivinə 9 qol yazdırıb.
Bununla Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.
“Şaxtyor” – “Real” oyunu ispanların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin