Çempionlar Liqası: Mahir Emreli 2-ci oldu
Çempionlar Liqasında 1-ci mərhələnin oyunlarından sonra klubların və futbolçuların statistik göstəriciləri açıqlanıb.
Komanda.az xəbər verir ki, ilk mərhələdən sonra ən çox qol vuran komanda Finlandiya HİK-idir. Komanda “Buduçnost” (Monteneqro) ilə görüşlərdə (4:0, 3:1) 7 qol vurub.
Azərbaycan yığmasının və Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli 1-ci mərhələnin oyunlarından sonra qapıya ən çox dəqiq zərbə endirən ikinci futbolçudur. Mahir komandasının “Bude-Qlimt”lə (Norveç) oyunlarında (3:2, 2:0) 5 dəfə “çərçivə”yə dəqiq zərbə vurub ki, bunlardan da ikisi qolla nəticələnib.
İlk mərhələdən sonra rəqip qapıya ən çox dəqiq zərbə vuran “Buduçnost”un yarımmüdafiəçisi Miloş Raiçkoviçdir. O, 6 dəfə “çərçivə”yə dəqiq zərbə vurub.
“Legiya” Çempionlar Liqasının 2-ci mərhələsində Estoniyanın “Flora” komandası ilə qarşılaşacaq.
Turnirdə Azərbaycan təmsilçisi “Neftçi”də mübarizə aparır. “Ağ-qaralar” ilk mərhələdə Tbilisi “Dinamo”sunu (Gürcüstan) mübarizədən kənarlaşdırıb. “Neftçi” 2-ci mərhələdə Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin