ÇL: Mançesterdə darmadağın, “İnter”dən səfər qələbəsi
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları start götürüb.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. “Mançester Siti” “Bayern”lə qarşılaşıb. Bu komandaların dueli ÇL-də bu mərhələnin ən maraqlı qarşılaşması sayılır. İlk oyunda meydan sahibləri 3 cavabsız qola seviniblər.
İtaliya “İnter” isə Portuqaliyada “Benfika” ilə qarşılaşıb. Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
1/4 finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
11 aprel
Mançester Siti (İngiltərə) – Bayern (Almaniya) 3:0
Qol: Rodri, 27. B.Silva, 70. E.Haland, 77.
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Mançester, “Etihad” stadionu.
Benfika (Portuqaliya) – İnter (İtaliya) 0:2
Qol: Barella, 51. Lukaku, 82-pen.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, “Eştadiu du Benfika” stadionu
Bizi Facebook-da izləyin