“Çempionlar Liqasına vəsiqə qazanmağı istisna etmirik” – “Arsenal”ın qapıçısı
İngiltərənin “Arsenal” klubunun qapıçısı Bernd Leno koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın bərpası ilə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qolkiper, çempionatın bərpası ilə bağlı bunları deyib:
“Premyer Liqanın bərpasından sonra var gücümüzlə irəliləməliyik. Bu qədər uzun müddətdən sonra və hazırlıq üçün çox az vaxtımız olduğu üçün oynamaq qəribə olacaq, amma mövsümün geri qalanı üçün nikbinəm. Avrokuboklara vəsiqə qazanacağımıza ümid edirəm. Çempionlar Liqasına vəsiqə qazanmağı istisna etmirik. “Mançester Siti” avrokuboklardan uzaqlaşdırılsa, 5-ci yeri tutaraq, turnirə qatıla bilərik. Fasilədən əvvəl yaxşı vəziyyətdə idik, ümid edirəm ki, mövsümün bərpasından sonra da o vəziyyətə qayıda bilərik”.
Premyer Liqanın iyunun 17-də bərpa olunması gözlənilir.
Bizi Facebook-da izləyin