Çempionlar Liqası tarixinin reytinqi: Azərbaycan klubları neçəncidir?
UEFA Çempionlar Liqası tarixinin reytinq cədvəli açıqlanıb.
Komanda.az xəbər verir ki, 1955-2020-ci illəri əhatə edən siyahıda Azərbaycanın 7 klubu yer alıb. Reytinqdə komandaların həm təsnifat, həm də qrup mərhələsindəki iştirakı əsas götürülüb.
Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Turnirdə 36 oyun keçirən “köhlən atlar” 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb. “Neftçi” 15 xalla 169-cu, “Bakı” 6 xalla 269-cu, “İnter” 5 xalla 294-cü, “Şəmkir” 2 xalla 396-cı, “Kəpəz” 2 xalla 397-ci, “Xəzər Lənkəran” 1 xalla 424-cü pillədə qərarlaşıb.
Siyahıya 600 xalla “Real” başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin