Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Monako şəhərində keçirilən tədbir saat 20:00-da başlayıb.

Püşkdən öncə iştirakçılar 4 səbətə bölünmüşdülər. Birinci səbətdə Çempionlar Liqası, Avropa Liqası və ən reytinqli 6 ölkənin çempionu yer almışdı. Digər 24 klub reytinqinə görə sıralanmışdı. Türkiyə təmsilçisi “Qalatasaray” sonuncu “səkkizliy”ə daxil edilmişdi. Püşkatma nəticəsində bu komanda PSJ, “Real” və “Brügge” ilə bir qrupa düşüb.

A qrupu
PSJ (Fransa)
Real (İspaniya)
Brügge (Belçika)
Qalatasaray (Türkiyə)

B qrupu
Bavariya (Almaniya)
Tottenhem (İngiltərə)
Olimpiakos (Yunanıstan)
Srvena Zvezda (Serbiya)

C qrupu
Mançester Siti (İngiltərə)
Şaxtyor (Ukrayna)
Dinamo (Zaqreb, Xorvatiya)
Atalanta (İtaliya)

D qrupu
Yuventus (İtaliya)
Atletiko (İspaniya)
Bayer (Almaniya)
Lokomotiv (Rusiya)

E qrupu
Liverpul (İngiltərə)
Napoli (İtaliya)
Zalsburq (Avstriya)
Genk (Belçika)

F qrupu
Barselona (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
İnter (İtaliya)
Slaviya (Çexiya)

G qrupu
Zenit (Rusiya)
Benfika (Portuqaliya)
Olimpik (Lion, Fransa)
Leypsiq (Almaniya)

H qrupu
Çelsi (İngiltərə)
Ayaks (Hollandiya)
Valensiya (İspaniya)
Lill (Fransa)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button