
Çempionlar Liqası: “Qarabağ” Cəbəllütariq klubuna rəqib oldu
Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirində Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi məlum olub.
“Köhlən atlar” ÇL-in 1-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin