Çempionlar Liqası: “Qarabağ”ın oyunu italiyalı hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın Bakıda “Şelburun”a (İrlandiya) qarşı keçirəcəyi matçın hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, oyun İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Matçın baş hakmi Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək. VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.

“Qarabağ” – “Şelburn” matçı iyulun 30-da, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button