“Qarabağ” ÇL-ə start verdi: Meydanda üstünlük, tabloda bərabərlik

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da bu gün ilk oyununa çıxıb. Ağdam təmsilçisi Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Tiranadakı “Selman Stermasi” stadionunda təşkil olunan qarşılaşmada hesab açılmayıb.

Komandalar arasındakı cavab oyunu iyulun 17-də, “Dalğa Arena”da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

10 iyul

Partizani (Albaniya) – Qarabağ 0:0
Baş hakim:
Holvardur Arnason (İslandiya)
Tirana. “Selman Stermasi” stadionu

Partizani: 12. Alban Hoca (k), 2. Eqzon Belitsa, 7. Erald Çinari, 10. Yasir Asani, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 26. Villiam Kordeyro, 33. Eneo Bitri, 90. Emmanuel Mensa.
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broxa, 9. Teofilus Solomon, 18. Lukas, 19. Lorens Traşi, 38. Kristi Kote, 99. Brayan Braun.
Baş məşqçi: Franko Lerda.
Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button