ÇL: “Liverpul” Milandan inamlı qələbə ilə döndü
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Komanda.az xəbər verir ki, bu mərhələnin ən çox maraqla gözlənilən oyunlarından olan PSJ – “Real” qarşılaşması dünən keçirilib. Meydan sahibləri bu görüşdən son dəqiqə qoluyla minimal hesablı qələbə ilə ayrılıblar.
Günün digər qarşılaşması Portuqaliyada keçirilib. “Sportinq” İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edib. Bu oyunda darmadağın qeydə alınıb. İngiltərə klubu səfərdə 5 cavabsız qola sevinib.
Bu gün daha iki oyun keçirilib. “Zalsburq” “Bayern”lə, “İnter” isə “Liverpul”la qarşılaşıb. Avstriyadakı oyunda heç-heçə qeydə alınıbsa, Milanda İngiltərə təmsilçisi inamlı qələbəyə sevinib.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
15 fevral
Sportinq (Portuqaliya) – Mançester Siti (İngiltərə) 0:5
Qol: Mahrez, 7. B.Silva, 17; 44. Foden, 32. Sterlinq, 58.
Baş hakim: Daniele Orsato (İtaliya)
PSJ (Fransa) – Real (İspaniya) 1:0
Qol: K.Mbappe, 90+4.
Matçın 61-ci dəqiqəsində PSJ-nin hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
16 fevral
Zalsburq (Avstriya) – Bayern (Almaniya) 1:1
Qol: Adamu, 21 – Koman, 90.
Baş hakim: Maykl Oliver (İngiltərə)
İnter (İtaliya) – Liverpul (İngiltərə) 0:2
Qol: Firmino, 75. Salah, 83.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Bizi Facebook-da izləyin