Çempionlar Liqası: pley-off mərhələsinə yekun vurulur

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Üçüncü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” də cavab oyununa bu gün çıxıb. İlk oyunda Macarıstanın “Ferentsvaroş” klubuyla 3:3 hesablı heç-heçə edən norveçlilər, bu dəfə rəqibiylə səfərdə qarşılaşıb. Qolsuz bitən matç macarları növbəti mərhələyə çıxarıb.

Yunanıstanın “Olimpiakos” klubu Kipr “Omoniya”sı ilə, Kiyev “Dinamo”su isə Belçika “Gent”i ilə qarşılaşıb. Kiprdəki görüşdə də hesab açılmayıb. Kiyevdə isə inamlı qələbəyə sevinən Ukrayna klubu mərhələ adlayan tərəf olub.

Pley-off mərhələsinin cavab oyunlarına bu gün yekun vurulacaq. İlk oyunda səfərdə Rusiya “Krasnodar”ına məğlub olan Yunanıstanın PAOK klubu doğma meydanda rəqibini məğlub edib, qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq.

Avstriya “Zalsburq”u “Makkabi”ni, “Slaviya” isə “Midtyulland”ı qəbul edəcək.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

29 sentyabr

Omoniya (Nikosiya, Kipr) – Olimpiakos (Yunanıstan) 0:0
İlk oyun – 0:2

Ferentsvaroş (Macarıstan) – Molde (Norveç) 0:0
İlk oyun – 3:3

Dinamo (Kiyev, Ukrayna) – Gent (Belçika) 3:0
Qol:
Buyalski, 9. De Pena, 36-pen. Q.Rodriqes, 49-pen.
İlk oyun – 2:1

30 sentyabr

23:00 PAOK (Yunanıstan) – Krasnodar (Rusiya)
İlk oyun – 1:2
23:00 Zalsburq (Avstriya) – Makkabi (Təl-Əviv, İsrail)
İlk oyun – 2:1
23:00 Midtyulland (Danimarka) – Slaviya (Praqa, Çexiya)
İlk oyun – 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button