Çempionlar Liqası: Pley-off mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmada 1/16 finalın cütləri məlum olub.

Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib:

Çempionlar Liqası, pley-off mərhələsi
Brügge (Belçika) – Atalanta (İtaliya)
Sportinq (Portuqaliya) – Borussiya (Dortmund, Almaniya)
Mançester Siti (İngiltərə) – Real (İspaniya)
Seltik (Şotlandiya) – Bayern (Almaniya)
Yuventus (İtaliya) – PSV (Niderland)
Feyenoord (Niderland) – Milan (İtaliya)
Brest (Fransa) – PSJ (Fransa)
Monako (Fransa) – Benfika (Portuqaliya)

Bu mərhələnin oyunları 11-12 və 18-19 fevralda baş tutacaq. “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer” (Almaniya), və “Lill” (Fransa) birbaşa 1/8 finalda çıxış edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button