“Olimpiakos” evdə, Kiyev “Dinamo”su səfərdə qələbə qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.

İlk oyun günündə 3 qarşılaşma keçirilib. Rusiyanın “Krasnodar” klubu 3-cü təsnifat mərhələsində “Benfika”nı mübarizədən kənarlaşdıran PAOK-la üz-üzə gəlib. İsrail “Makkabi”si isə “Zalsburq”la üz-üzə gəlib. Bu oyunlarda Rusiya təmsilçisi evdə, Avstriya klubu isə səfərdə əzmkar qələbəyə sevinib. Çexiya “Slaviya”sı ilə Danimarka “Midtyulland”ı arasındakı ilk qarşılaşmada isə qapılara qol vurulmayıb.

Mərhələnin bu gün keçirilən qarşılaşmalarında “Gent” (Belçika) Kiyev “Dinamo”sunu qəbul edib. Üç qolun vurulduğu matçda qonaqlar qələbə qaznan tərəf olub. Turnirin 3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Norveçin “Molde” klubu isə “Ferentsvaroş”la (Macarıstan) qarşılaşıb. Altı qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. Son oyunda “Omoniya” (Kipr) Yunanıstanın “Olimpiakos” klubunun qonağı olub. Yunanlar doğma meydanda inamlı qələbəyə seviniblər.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

22 sentyabr

Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Qol
: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.

Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2
Qol
: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.

Slaviya (Praqa, Çexiya) – Midtyulland (Danimarka) 0:0

23 sentyabr

Gent (Belçika) – Dinamo (Kiyev, Ukrayna) 1:2
Qol
: Kleindienst, 41 – Supriaqa, 9. De Pena, 79.

Molde (Norveç) – Ferentsvaroş (Macarıstan) 3:3
Qol
: Ceyms, 55. Eykrem, 65. Ellinqsen, 83 – Boli, 7. Uzuni, 52. Xaratin, 87.

Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr) 2:0
Qol
: Valbuena, 69. El Arabi, 90+2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button