Çempionlar Liqası: “Lex” – “Qarabağ”ın oyunu birinci oldu
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Komanda.az xəbər verir ki, 15 oyunda ümumilikdə 104 000-ə yaxın azarkeş iştirak edib.
Ən çox azarkeş Polşada “Lex” və “Qarabağ” arasında keçirilmiş matçda olub. Oyunu 25 118 azarkeş izləyib.
İkinci pillədə 11 830 azarkeşlə “Malmö” (İsveç) – “Vikinqur” (İslandiya) matçı yer alıb.
İlk üçlüyü “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) matçı tamamlayıb – 10 589.
“Qarabağ” ilk oyunda “Lex”ə 0:1 hesabı ilə uduzub. Cavab görüşü iyulun 12-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin