Çempionlar Liqası: “İtirəcəyimiz heç nə yoxdur”
“Vilyarreal”ın müdafiəçisi Pau Torres Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə qarşı keçirəcəkləri ilk oyunla bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Torres, itiriləcək heç nələrinin olmadığını bildirib:
“Bayern” təkcə Robert Levandovski deyil, həm də Tomas Müllerdir, Leroy Sanedir. Onların hamısı komandanın oyunçularıdır. “Bayern” “Mançester Siti” ilə birlikdə Çempionlar Liqasının qalibi olmaq üçün əsas favoritlərdəndir. Amma biz üzərimizdə heç bir təzyiq olmadan meydana çıxacağıq. İtirəcəyimiz heç nə yoxdur. Biz böyük istəklə oynayacağıq”.
Sabah keçiriləcək “Vilyarreal” – “Bayern” matçı saat 23.00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin