Çempionlar Liqası ilə vidalaşan “Bayern”in prezidentindən açıqlama

“Bayern”nin prezidenti Herbert Hayner komandanın Çempionlar Liqasındakı çıxışı və turnirlə vidalaşması ilə bağlı fikirlərini bildirib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, məğlubiyyətin oyunçuları həvəsləndirəcəyini söyləyib:

“Məğlubiyyətə görə kədərlənirəm. Lakin “Vilyarreal”a hörmətlə yanaşırıq. Bu, bizim səviyyəmiz deyil. Ancaq “Bayern” həmişə uğursuzluqlardan sonra daha da güclənir və bu, baş verəcək. Əminəm ki, oyunçular hər şeyin bu cür bitməsinə imkan verməyəcəklər. Məğlubiyyət futbolçuları Çempionlar Liqasının növbəti mövsümünə qədər həvəsləndirəcək”.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Vilyarreal”la heç-heçə edən “Bayern” (1:1) İspaniya komandasına ümumi hesabda 1:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button