ÇL: Həftənin ən yaxşısı adına namizədlər məlum oldu

UEFA Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, həftənin ən yaxşısı adı uğrunda 4 futbolçu mübarizə aparacaq. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Barselona”dan Rafinya, “Real”dan Vinisius Junior, “Milan”dan Ticani Reyncers və “Monako”dan Takumi Minamino həftənin ən yaxşı oyunçusu adına namizəddir.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button