Çempionlar Liqası: Həftənin rəmzi komandası
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandaya İngiltərənin “Mançester Siti” klubundan 5 futbolçu düşüb.
Qapıçı: Ederson (“Mançester Siti”);
Müdafiəçilər: Markinyos (PSJ, Fransa), Eder Militao (“Real”), Antonio Rüdiger (“Çelsi”), Aleksandr Zinçenko (“Mançester Siti”);
Yarımmüdafiəçilər: İlkay Gündoğan, Kevin De Bruyne, Riyad Mahrez (hər üçü “Mançester Siti”), Kristian Pulişiç (“Çelsi”), Anxel Di Mariya (PSJ);
Hücumçu: Kərim Benzema (“Real”).
Yarımfinalın ilk oyunlarında “Çelsi” İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edib, “Mançester Siti” isə Fransada PSJ-yə qalib gəlib – 2:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin