
Çempionlar Liqası: Həftənin futbolçusunun adı bilindi
“Borussiya”nın (Dortmund) hücumçusu Seru Girassi UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, qvineyalı forvard 1/4 finalın “Barselona” ilə cavab oyununda (3:1) het-trik edib.
Mükafat uğrunda “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays, “İnter”in hücumçusu Lautaro Martines və PSJ-nin vingeri Osman Dembele də mübarizə aparırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



