Çempionlar Liqası: Həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.
Komanda.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yen Maatsenin 1/4 final mərhələsində “Atletiko” ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.
22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə (“Bayern”, Almaniya) mübarizədən qalib ayrılıb.
“Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib. Komandalar arasında Madriddəki ilk qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi Fransa çempionu PSJ olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin