Çempionlar Liqası: Favoritlər açıqlandı

UEFA Çempionlar Liqasında cari mövsümdə komandaların çempionluq şansları məlum olub.

Komanda.az “Oddspedia” statistika şirkətinə istinadən xəbər verir ki, adıçəkilən qurum İngiltərə klubu “Mançester Siti”nin turnirin qalibi olmaq ehtimalını daha yüksək qiymətləndirir.

“Şəhərlilər”in kuboku qazanmaq ehtimalı 2,85-ə bərabər göstərilib. İkinci yerdə 7,00 ehtimalla Almaniya klubu “Bayern” yer alır. Münhenlilərin 1/8 final mərhələsindəki rəqibi olan PSJ isə üçüncüdür.

Komandaların çempionluq şansları:

1. “Mançester Siti” (İngiltərə) – 2,85

2. “Bayern” (Almaniya) – 7,00

3. PSJ (Fransa) – 9,00

4-5. “Liverpul” (İngiltərə) – 12,00

“Real” (İspaniya) – 12,00

6. “Napoli” (İtaliya) – 14,00

7. “Çelsi” (İngiltərə) – 19,00

8. “Tottenhem” (İngiltərə) – 21,00

9. “Benfika” (Portuqaliya) – 26,00

10. “İnter” (İtaliya) – 34,00

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi bu gün başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button