Çempionlar Liqası: 1-ci təsnifat mərhələsinin püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasında püşkatma olub.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da 1-ci təsnifat mərhələsindəki rəqibi bilinib. “Köhlən atlar” Polşanın “Lex” komandası ilə qarşılaşacaq.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada 16 cüt müəyyənləşib.
İlk oyunlar 5-6 iyulda səfərdə, cavab qarşılaşmaları isə 12-13 iyulda evdə keçiriləcək.
UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
“Pünik” (Ermənistan) – ÇFR (Rumıniya)
“Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus)
“Ludoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro)
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya)
“Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Malmö” (İsveç) – İlkin mərhələnin qalibi
“Balikani” (Kosovo) – “Jalgiris” (Litva)
HJK (Finlandiya) – RFŞ (Latviya)
“Bude Qlimt” (Norveç) – “Klasksvik” (Farer adaları)
TNS (Uels) – “Linfild” (Şimali İrlandiya)
“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta)
“Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova)
“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin