Çempionlar Liqası: Bu gün daha 9 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq.

Komanda.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma keçiriləcək.

“Barselona” doğma meydanda “Bayern”lə üz-üzə gələcək. Maraqla gözlənilən daha bir oyunda “Liverpul” səfərdə “Leyptsiq”in qonağı olacaq.

Liqa mərhələsində 4-cü tura noyabrın 5-də start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur

23 oktyabr

20:45. “Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya)
20:45. “Brest” (Fransa) – “Bayer” (Almaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Sparta” (Çexiya)
23:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
23:00. “Barselona” (İspaniya) – “Bayern” (Almaniya)
23:00. “Atletik” (İspaniya) – “Lill” (Fransa)
23:00. “Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland)
23:00. “Yanq Boys” (İsveçrə) – “İnter” (İtaliya)
23:00. “Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button