
Çempionlar Liqası: “Birbaşa Bakı” 1/4 finala yüksəlib
“Birbaşa Bakı” minifutbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, komanda 1/8 finalda Azərbaycanın digər təmsilçisi “AzNur”la üz-üzə gəlib. Qarşılaşma “Birbaşa Bakı”nın minimal hesablı qələbəsi ilə bitib – 1:0.
Daha əvvəl “AzNur” C qrupunu 5 xalla üçüncü pillədə başa vurub. Eyni xalı toplayan “Birbaşa Bakı” isə E qrupunda lider olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin