Çempionlar Liqası: “Barselona” – “Napoli” matçının hakimləri məlum oldu
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Barselona” – “Napoli” və “Bavariya” – “Çelsi” matçının hakimləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“Barselona” ilə “Napoli” arasındakı qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə Halil Umut Melter yerinə yetirəcək.
“Bavariya” – “Çelsi” oyununun baş hakimi isə rumıniyalı Ovidiu Alin Hateqan olacaq. Ona Oktavian Şovre və Sebastian Qeorqe kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sebastyan Koltesku yerinə yetirəcək.
Hər iki oyun avqustun 8-də keçiriləcək. “Barselona” ilə “Napoli” arasında keçirilən ilk oyunda bərabərlik qeydə alınmışdı – 1:1. “Çelsi” – “Bavariya” oyunu isə almanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin