
Çempionlar Liqası: Azərbaycanlı hakim 1/4 finala təyinat alıb
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 finalının oyununa təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, referi Türkiyə klubu “Vakıfbank”la İtaliya təmsilçisi “Vero Volley” arasında baş tutacaq görüşü idarə edəcək.
Qarşılaşma martın 15-də İstanbulun “Vakıfbank Sport Salonu”nda gerçəkləşəcək.
Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin