Çempionlar Liqası: “Araz-Naxçıvan” ilkin mərhələdə son matçını keçirəcək

Futzal üzrə UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz “Araz-Naxçıvan” ilkin mərhələdə sonuncu oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Ljuti Krajişniçi” ilə qarşılaşacaq.

Yevgeni Kukseviçin komandası F qrupunda “Sparta Belfast”ı (Şimali İrlandiya) 9:1, PYF-ni (Şotlandiya) 7:2 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası. F qrupu

21:30 Ljuti Krajişniçi (Avstriya) – Araz-Naxçıvan (Azərbaycan)
Hakimlər: Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Aleksandar Vangelov (Bolqarıstan).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya).
NMS İdman Sarayı, Linz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button