Çempionlar Liqası: “Araz-Naxçıvan” bu gün qrup mərhələsində son oyuna çıxacaq

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Naxçıvan klubu Niderland çempionu “Tigers Roermond”la üz-üzə gələcək.

Oyun “Sala Sporturilor Dunarea”da, saat 18:00-da start götürəcək. Bu qarşılaşma qrup liderini müəyyənləşdirəcək.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. Komanda daha sonra Lüksemburq çempionu “Differdanje 03” komandası isə heç-heçə edib – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button