Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbir saat 15:00-da başlayıb. Püşk zamanı komandalar iki səbətdə yer alıb.
Püşkün nəticəsinə əsasən, İspaniyanın “Real” klubu “Mançester Siti” ilə qarşılaşacaq. PSJ isə Dortmund “Borussiya”sına rəqib olub.
İngiltərənin digər təmsilçilərindən olan “Liverpul” “Atletiko”, “Çelsi” isə “Bavariya” ilə qarşılaşacaq.
1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi
Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa)
Real (İspaniya) – Mançester Siti (İngiltərə)
Atalanta (İtaliya) – Valensiya (İspaniya)
Atletiko (İspaniya) – Liverpul (İngiltərə)
Çelsi (İngiltərə) – Bavariya (Almaniya)
Lion (Fransa) – Yuventus (İtaliya)
Tottenhem (İngiltərə) – Leyptsiq (Almaniya)
Napoli (İtaliya) – Barselona (İspaniya)
Bizi Facebook-da izləyin