ÇL: Ən çox tamaşaçı “Qarabağ” – “Lex” matçında olub
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Komanda.az xəbər verir ki, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.
Ən çox azarkeş Bakıda “Qarabağ” və “Lex” arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 tərəfdar izləyib.
İkinci pillədə 20 022 tamaşaçı ilə “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya) matçı yer alıb. İlk üçlüyü “Ferentsvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) oyunu tamamlayıb – 17 347.
“Qarabağ” rəqibini 5:1 hesabı ilə məğlub edib. “Köhlən atlar” Poznandakı ilk oyunda minimal hesabla uduzub – 0:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin