Çempionlar Liqasının qalibi olmağa 10 əsas namizəd

“Opta” superkompüteri turnirin 1/8 final mərhələsinin ilk oyunları öncəsi UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün favoritlərinin reytinqini yeniləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, superkompüterin hesablamalarına görə, 19,2 faiz şansla (əvvəllər 17,2 faiz) “Liverpul” birinci yerdədir.

İkinci yerdə 14,8 faiz (əvvəllər 15,4 faiz) ehtimalla “Barselona” qərarlaşıb.

İlk üçlüyü 14 faizlə (əvvəllər 13,6 faiz) “İnter” tamamlayır.

2024/25 mövsümündə Çempionlar Liqasının qalibi olmağa 10 əsas namizəd:

1. Liverpul – 19,2 faiz

2. Barselona – 14,8 faiz

3. İnter – 14 faiz

4. Arsenal – 11,6 faiz

5. Real – 9,8 faiz

6. PSJ – 9,5 faiz

7. Bayer (Leverkuzen) – 5,4 faiz

8. Bayern – 5,3 faiz

9. Atletiko – 4,2 faiz

10. Benfika – 1,3 faiz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button