Çempiondan ilk, “Baku Fire” və “Neftçi”dən növbəti qələbə
Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, əvvəlcə son çempion meydana çıxıb.
Matç gözlənildiyi kimi, “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb. Bu, Predraq Rayiçin “Araz-Naxçıvan”ın baş məşqçisi kimi ilk qələbəsi olub.
Digər görüşdə isə “Neftçi” gənclərdən güclü olub. 11 cavabsız qolla qalib gələn “ağ-qaralar” zirvədə yer alıb. Tura “Baku Fire”in qələbəsi ilə yekun vurulub. İddialı paytaxt təmsilçisi debütantdan üstün olub.
Araz-Naxçıvan – Yasamal Bakı 13:0
Neftçi – U-19 11:0
Baku Fire – Şuşa 4:0
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin