Çempiondan iki futbolçusu ilə yeni müqavilə
Rusiya çempionu “Zenit” daha iki futbolçusu ilə müqavilə yeniləyib.
Komanda.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi qapıçı Mixail Kerjakov və yarımmüdafiəçi Yuri Jirkovla müqavilənin müddətini 2020/21 mövsümünün sonuna kimi uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Jirkovdan fərqli, Kerjakov 1+1 şərti ilə müqavilə imzalayıb.
36 yaşlı Jirkov 2016-cı ildən “Zenit”də oynayır. O, indiyə kimi 107 matçda 5 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. “Zenit”in öz yetirməsi olan, icarə əsasında Rusiyanın müxtəlif klublarında çıxış etmiş Kerjakov isə, doğma komandasında indiyə qədər cəmi 38 rəsmi oyuna çıxıb.
Xatırladaq ki, Rusiya Premyer Liqası və Rusiya kubokunda 2019/20 mövsümünün qalibi olan “Zenit” Kerjakovla Jirkovdan öncə Artyom Dzyuba ilə də müqavilə yeniləmişdi.
Bizi Facebook-da izləyin